"Xan" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA

Xan

Daxili nəzarət və monitorinq şöbəsi mütəxəssisi

Son tarix 16 may 2025 - [email protected]

Əmək funksiyası:

Şirkətin debitor borclarının davamlı yoxlanılması və şəffaflığın təmin olunması;

Şirkət və şəxsi anbarlarda inventarizasiya zamanı iştirak etmək, zərurət yarandığı hallarda inventarizasiyanı təmin etmək və ya aparmaq;

Problemli faktura kəsrlərinin araşdırılması;

Şəxsi hesaba işlənən məbləğlərin düzgünlüyünün araşdırılması;

Stoklar üzrə yoxlanışlar (problemli qalıqlar);

Cari müştərilər üzrə yoxlanışlar;

Şirkətin region bazaları üzrə iş fəaliyyətinin yoxlanılması (Prosedur, iş axını, davamiyyət);

Təqdim olunan malların rəflərə düzgün yerləşdirilməsi ilə bağlı prosedurun, o cümlədən rəflərdə təmsil olunan məhsulların təmsilatının yoxlanılması (çeklist fəaliyyəti);

Mal qəbulu prosesinə  nəzarət, sifarişə uyğunluğu və mal qəbulu sənədlərinin araşdırılması

Tələblər:

Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;

Şəxsi avtomaşının olması mütləqdir. 

Amortizasiya və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.

İş şəraiti: 

İş yeri Bakı şəhərindədir

İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00

Nahar fasiləsi 13:00 – 14:00

Əmək haqqı: NET 1200 AZN

Mövzü yerinə “Daxili nəzarət və monitorinq şöbəsi mütəxəssisi” yazıb [email protected][email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

Share on Facebook