“Velosped yollarının, avtobus zolağının çəkilməsi dövlət proqramında təsbit olunaraq həyata keçirilir. Sadəcə bu elə həyata keçirilməlidir ki, digər yol hərəkəti iştirakçılarına mane olmasın və hərəkət hamı üçün sərbəst olsun”.
Bu sözləri "Yeni Sabah"a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
O qeyd edib ki, yollarda tıxac yaradan amillərin başında tikinti özbaşınalığı dayanır:
“Bakıda tıxacların yaranmasının səbəbləri həddən artıq çoxdur. Əsas səbəblərdən biri tikinti özbaşınalığıdır. Şəhərsalma və tikinti sahəsində bir sıra nöqsanlar var. Avtomobil yollarının, piyada səkilərinin üzərində obyektlər tikilir. Amma bu obyektlərin parklanma yerləri də təşkil olunmur. Sadəcə yollar daralır.
Velosped yollarının, avtobus zolağının çəkilməsi dövlət proqramında təsbit olunaraq həyata keçirilir. Bu elə həyata keçirilməıidir ki, digər yol hərəkəti iştirakçılarına mane olmasın və hərəkət hamı üçün sərbəst olsun.
Hazırda şəhər mobilliyini və inklüzivliyi nəzərə alaraq, çalışırıq ki, digər hərəkət iştirakçıları üçün də şərait yaradaq. Doğrudur, hələlik velosipedçilərin sayı azdır.
Velospied infrastrukturu yalnız yolun çəkilməsi ilə yekunlaşmır. Onu saxlamaq üçün də xüsusi yerlər olmalıdır. İş yerləri qarşısında belə velosiped dayanacaqları təşkil olunmalıdır.
Bu proseslər hələlik başlamayıb. Bunun nə dərəcədə effektiv olub-olmadığını gələcək göstərəcək. Ona görə də, biz bir qədər səbrli olmalıyıq”.
Ekspertin fikrincə, velosiped yollarında qoyulan kauçuk bariyerlər yığışdırılmalıdır:
“Çox istəyərdim ki, velosiped yollarında qoyulan kauçuk baryerlər yığışdırılsın. Bu həm piyadalar, həm velosipedçilər, həm də avtomobil sürücüləri üçün çox təhlükəli bir maneədir. Onun üzərində ya işıq qaytaran xüsusi rənglər, stikerlər olmalı, yaxud ümumiyyətlə yığışdırılmalıdır.
Kauçuk maneəələr heç bir halda velosipedçinin təhlükəsizliyinə təminat verə bilməz. Hansısa avtomobil bilmədən velosiped yoluna çıxacaqsa, istənilən halda qəza qaçılmaz olacaq. Xüsusən, günün qaranlıq saatlarında”.