ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın “dəli” davranışını narkotik istifadəsi ilə əlaqələndirib.
Sozcu.az "Unikal"a istrinadən xəbər verir ki, “The New York Times”da may ayında dərc olunan məqalədə Maskın Trampın ən yaxın müttəfiqlərindən birinə çevriləndə aktiv olaraq ketamin qəbul etməyə başladığı qeyd edilib. Lakin narkotiklərlə bağlı məlumatı iş adamı özü təkzib edib.
"Tramp son 24 saat ərzində köməkçilərinə Maskın “dəli” davranışının onun narkotik istifadəsindən qaynaqlandığını bildirib”, – nəşr qeyd edib.
Biznesmenin Ağ Evi tərk etmək qərarından sonra ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında ictimai mübahisə yaranıb.
Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verib, bundan sonra Trampın vergilərlə bağlı qərarını tənqid edib. Sahibkarın sözlərinə görə, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsi ABŞ-nin büdcə kəsirinin artmasına səbəb olacaq.