Bu gün Ümumdünya qəzetçilər günüdür. Həyatımızda müsbət nə varsa bu işdə qəzetlərin rolu ölçüyə gəlməz dərəcədədir. İrandan, Səudiyyə Ərəbistanından və digər geriçiliyin hakim olduğu cəmiyyətlərdən fərqimizi zamanında qəzetlər, jurnallar yaradıb. Qəzet və jurnallar vasitəsi ilə bizlər məlumatlanmış, informasiya əldə etmiş mütərəqqi cəmiyyətlərin dəyər və düşüncələrindən xəbərdar olmuşuq. Geriçiliyin hakim olduğu cəmiyyətimizdə, hansı ki, Çar Rusiyasınında bunu davamlı şəkildə qorumağa çalışdığı bu geriçilik mühitində bizlər, Rusiya əsirliyində olan müsəlmanlar Həsən bəy Zərdabinin, Ünsizadə qardaşlarının, İsmayıl bəy Qaspıralının, Əlimərdan bəy Topçubaşinin, Fəxrəddin Rizaəddin Əfəndinin, Fatih Kəriminin, Əbdürrəşid İbrahiminin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, Məhəmməd Ağa Şahtaxtlının və digərlərinin simasında geriçiliyi mütərəqqi dəyərlərlə əvəzləmək üçün oyanışın ilkin təməllərinin atılmasına başlandı. Bizim qəzetçilik ənənəmiz belə bir ağır durumda, basqı, təzyiq, senzura və nəzarət altında yol almış və dayanmadan həqiqətləri yazmaq, öz cəsarət dəsti-xəttini qorumaq üçün savaşmışdı. Bu dəsti-xətti qorumaqla milli mətbuatımız Ağamalı Sadiq Əfəndinin, Nəcəf Nəcəfovun və onların qələm yoldaşlarının simasında yenidən təşkilatlanma yolu götürmüşdü. Azadlıq, Müxalifət və onlar kimi bir neçə mətbuat orqanı Həsən bəy Zərdabi, Qaspıralı, Ağaoğlu qəzetçilinin səmimiyyətini, dürüstlüyünü, həqiqətləri yazmaq və ifadə etmək cəsarətini özündə daşımışdır. Bu yolda Elmar Hüseynov kimi cəsarətli qələm sahibini mətbuatımız itirmişdi. Qəzetçilik işinin ölməz imzalarını hörmətlə xatırlayır, bu gündə layiqli formada bu işi davam etdirən qələm sahiblərinə isə can sağlığı arzu edirik !
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri