Bir ailənin Zəngilana köçürülməsi xərci 908 manat təşkil edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.

Sozcu.az xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “Azcargo Logistics and Management Services” MMC (VÖEN – 1002781441) olub.

“Azcargo Logistics and Management Services” MMC “Qaçqınkom”un sifarişi ilə 103 məcburi köçkün ailəsini Zəngilan rayonunun Ağalı, 242 məcburi köçkün ailəsini Cahangirbəyli, 188 məcburi köçkün ailəsini isə Məmmədbəyli kəndinə köçürəcək.

“Qaçqınkom” 533 ailənin Zəngilan rayonuna köçürülməsi üçün “Azcargo Logistics and Management Services” MMC-yə 483 min 800 manat ödəyəcək.

Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Zəngilana köçürülməsi xərci orta hesabla 908 manat təşkil edəcək.yeniavaz)

Share on Facebook