MÖRTEL QSC
Sahə mühəndisi
Son tarix 14 may 2025 - [email protected]
ƏSAS VƏZİFƏLƏR:
İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
Sahədə görülən inşaat işlərinə bilavasitə nəzarət etmək;
Koordinasiya ilə bağlı görüşlərdə iştirak etmək;
Layihə rəhbərliyinə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək;
Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
Quraşdırma zamanı layihələrin icra olunduğu sahəyə mütəmadi nəzarət;
Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
İnşaat üzrə yerli qanunvericilik tələblərini müəyyən etmək və onların icrasını təmin etmək;
Əlaqədar iş qrafiklərini və sxemlərini hazırlamaq və onların tələb olunan yerlərə və müddətdə təqdim edilməsini təmin etmək;
Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş layihə üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və tələb olunan resurslarla təmin edilməsinin həyata keçirilməsi;
Layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı düzəldici tədbirlərin görülməsini və ya bu haqda göstəriş verilməsini həyata keçirmək;
VƏZİFƏ ÜZRƏ TƏLƏBLƏR:
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Ms Office(Outlook, Word, Excel) və Autocat proqramlarında işləmə bacarığı;
İnşaat norma və qaydalarını bilməlidir;
Layihələşdirmənin metodlarını bilməlidir;
Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir.
Yüksək idarəçilik bacarığı
İş şəraiti:
İş rejimi: 6 günlük
İş yeri: Baki şəhəri
Əmək haqqı: 1800 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Fed.az)