Rusiya gələcəkdə ekspansiv hərəkət edəcək.
Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
“Putinlə təcrübəmizdən bilirik ki, o, fasilə verə bilər, amma imperiya ambisiyalarından əl çəkməyəcək. Təəssüf ki, o, son illərdə bunu dəfələrlə sübut edib”, - o bildirib.
Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri üçün Rusiyaya qarşı mübarizədə dözümlülüyü saxlamaq çox vacibdir:
“Rusiya prezidenti Kiyevə dəstəyin zəifləyəcəyini gözləyirdi, lakin bunun əksi baş verdi”.