Mingəçevirdə küçədə 41 yaşlı kişinin meyiti tapılıb.
Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Kür çayının sağ sahilində qeydə alınıb.
Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən edilib.
Əldə edilən ilkin məlumata görə, ölən şəxs həm də içki düşkünü olub.
Faktla bağlı araşdırma aparılır.