“Kreml onu “siyasi əzabkeş” kimi meydana qaytarmaq istəyir”

Mayın 9-da keçirilən parad göstərdi ki, Paşinyan və komandası, o cümlədən Trampın seçilməsindən və Qərbin dəstəyinin yoxluğunu dərk etdikdən sonra Ermənistanı Kremlin qanadı altına qaytarmaq qərarına gəliblər.

Sozcu.az xəbər verir ki, bunu politoloq Tofiq zülfüqarov bildirib.

Onun sözlərinə görə, Ermənistan ictimaiyyətində “Avropa inkişaf vektoru”nun perspektivlərinin itirilməsi ilə bağlı giley-güzar səslənir:

"Paşinyan Moskvada “Köçəryanlar-Sarkisyanlar” və onların klonları ilə müqayisdə, Rusiyanın maraqlarına xidmət edəcəyini sübut etməyə çalışıb.

Kremlin Vardanyanı “həbsxana əzabkeşi” obrazında seçkiqabağı Ermənistanın siyasi meydanına qaytarmaq niyyəti təkcə Bakının deyil, həm də Paşinyanın maraqlarına ziddir.

Gözlənilir ki, Kreml seçkiqabağı meydançalarda öz maraqlarını təmin etməyə çalışacaq.

Həmçinin, güman etmək olar ki, Rusiya-Azərbaycan münasibətlərində yaranmış problemlər fonunda ermənipərəst, anti-Azərbaycan siyasi ritorika tendensiyası güclənəcək.

Share on Facebook