Qaz balonu partladı - İki qardaş yaralandı

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb.

Sozcu.az "Report"a istinadən məlumat verir ki, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook