Türkiyə, ABŞ və Suriya arasında Ankarada görüş keçirildi

Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Türkiyə, ABŞ və Suriya xarici siyasət idarələrinin rəhbərləri arasında üçtərəfli görüş baş tutub.

Sozcu.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Mark Rubio, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Əsəd əş-Şeybani arasında danışıqlar Belek rayonundakı NEST Konqres Mərkəzində keçirilib.

Hakan Fidan Dəməşqə qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılmasına və Suriyada sabitliyin pozulmasına yol verilməməsinə çağırıb.

Share on Facebook