Ukrayna Ryazandakı neft zavoduna vurdu

Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna PUA hücumu olub.

Sozcu.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat verib.

Məlumata görə, müəssisə ərazisində hazırda güclü yanğın var.

Yerli sakinlər bildiriblər ki, gecə saat dördə yaxın şəhər üzərində bir neçə güclü partlayış eşidilib.

Hazırda hadisə yerində bütün fövqəladə xidmətlər çalışır.

Share on Facebook