Fəlakət isə odur ki, bu taleyüklü məsələdə Trampın dediyi kimi ən güclü...

Trampın sağ əli, az qala hakimiyyət ortağı olan İlon Mask deyib ki, Zelenski Ukraynanı tərk etməlidir.  

Tramp admnistrasiyasının Zelenskinin hakimiyyətdən kənarlaşması, hətta Ukraynanı tərk etməsi tələbləri, eyni zamanda Ukraynaya hərbi yardımı dayandırması faktiki olaraq Putinin denatsifikasya və demillitarizasiya planlanlarına dəstək deməkdir. 

Tramp və onun admnistrasiyasının dünyanın gələcək inkişafı tarixində mühüm rol oynayacaq Ukrayna müharibəsində hətta Çin Respublikasından daha irəli gedərək İran,Şimali Koreya kimi dövlətlərlə eyni cəbhədə yer alması bəşəriyyəti gözləyə biləcək böyük fəlakətlərin  anonsudur. 

Ən kədərli olanı isə odur ki, cəmiyyətimizdə bu qlobal təhlükələri anlamayaraq yanlış mövqedə olan və ya bu məsələyə bir futbol azarkeşi kimi, əyləncə kimi yanaşanlar, proqnoz yarışına girişənlər də kifayət qədərdir. 

Bütün dünyanın bəlkə də yaxın onilliklərdə inkişaf istiqamətləri bu günlərdə müəyyənləşir. 

Ukrayna cəbhəsində yalnız Ukraynanın, Ukrayna xalqının yox ən azı dünyanın bugünki nəslinin taleyi həll olunur. 

Fəlakət isə odur ki, bu taleyüklü məsələdə Trampın dediyi kimi ən güclü kartlar, məsuliyyətsiz, məcaraçı şəxslərin əlindərir.

Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

Share on Facebook