Epilepsiya xəstəsi qadın əməliyyatdan sonra öldü

Tovuz rayonunun Yoğunbulaq kənd sakini, 1966-cı il təvəllüdlü Bəsdi Vəliyeva əməliyyatdan sonra vəfat edib.

Sozcu.az Teleqraf-a istiandən xəbər verir ki, bağırsaq keçməzliyi diaqnozu ilə iki gün əvvəl Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən qadın uğurlu əməliyyat olunub. Lakin əməliyyat zamanı Bəsdi Vəliyevanın epilepsiya xəstəsi olduğu barədə həkim heyətinə məlumat verilməyib.

Məlumata görə, əməliyyatın ardından qadının vəziyyəti sabit olub, amma bu gecə halı pisləşərək, epilepsiya keçirməyə başlayıb. Təəssüf ki, qadın bu səbəbdən vəfat edib.

Hazırda faktla bağlı araşdırma başlanılıb və müvafiq qurumlar hadisənin bütün detalları ilə bağlı araşdırmalarını davam etdirirlər.

Share on Facebook