Bu gün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Əmir İbrahimlu və Soheyl Dəiyri adlı iki milli fəal həbs edilib.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Adı çəkilən şəxlərin həbs səbəbi və hara aparıldıqları barədə məlumat yoxdur.
Əmir İbrahimlu bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs edilib.
Qeyd edək ki, fəalların martın 22-də Urmiyada kürdlərin Qərbi Azərbaycan əyalətinə torpaq iddialarına qarşı keçirilən etiraz aksiyasına görə saxlanıldıqları ehtimal olunur.