Myanmada dəhşətli zəlzələ: Ölənlərin sayı 1600-ü keçdi

09:49

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838 nəfərə çatıb.

Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar zamanı 1670 nəfər xəsarət alıb.

***

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1002-yə, yaralıların sayı isə 2376-ya çatıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, ötən gün Myanmada 7.7-7.9 bal gücündə zəlzələ baş verib.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.

Bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb.

Təbii fəlakət nəticəsində 3408 nəfər xəsarət alıb, 139 nəfər isə itkin hesab olunur. Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Share on Facebook