Türkiyə xarici işlər naziri Hakan Fidan və NATO Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.
Tərəflər Rusiya-Ukrayna müharibəsinə son qoyulması səylərini müzakirə ediblər.
Fidan və Rutte iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə hazırlıq mövzusuna da toxunublar.