Ukrayna ordusu Rusiya ərazisində əmliyyatları genişləndirir

Ukrayna ordusu martın əvvəlində ciddi itki verərək Rusiyanın Kursk vilayətindəki mövqelərinin əksər hissəsindən geri çəkilsə də, sərhədyanı zonada əməliyyatları davam etdirir.

Rusiya mənbələri Ukrayna bölmələrinin daxil olduğu Belqorod vilayətində döyüşlərin getdiyini bildirir. Məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri kiçik piyada dəstələrdə qruplaşaraq Rusiyanın içərilərinə doğru 10 kilometrdən çox irəliləyərək, bəzi məskunlaşmış əraziləri nəzarətə götürüb.

Rusiya hakimiyyəti bir neçə sərhəd kəndinin əhalisini təxliyə edib. Belqorod vilayətinin bəzi sakinləri döyüşlərin şahidi olaraq, təxliyə əmrini gözləmədən evlərini tərk ediblər.

“Kursk əməliyyatı”ndan fərqli olaraq, Belqorodda Ukrayna ordusu əsasən texnikasız, kiçik piyada dəstələri və təxribat-kəşfiyyat bölmələrindən istifadə etməklə hərəkət edir. Belqorodda Ukrayna ordusu əsasən texnikasız, kiçik piyada dəstələri və təxribat-kəşfiyyat bölmələrindən istifadə etməklə fəaliyyət göstərir.

Xatırladaq ki, Rusiya hərbi müxbirləri ilk dəfə martın 18-də Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Belqorod vilayətinin Krasnoyarsk yaşayış məntəqəsi istiqamətində Rusiya dövlət sərhədini keçməsi barədə məlumat yayıblar. Daha sonra Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq, “təxribatda” 200-ə qədər ukraynalı diversantın və 29 hərbi texnikanın, o cümlədən 16 zirehli döyüş maşını və beş tankın iştirak etdiyini bildirib. Nazirlik həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün hücumları dəf edilib, dövlət sərhədi keçilməyib.

Ukraynanın xüsusi əməliyyat qüvvələri isə Belqorod vilayətində uğurlu hücum həyata keçirdiklərini və bu reyd zamanı bölgənin dərinliklərində yerləşən Rusiya ordusunun helikopter aerodromunun vurulduğunu bildirib.

Lakin Müdafiə Nazirliyindən fərqli olaraq, Rusiya hərbi müxbirləri Ukrayna qüvvələrinin nəinki dövlət sərhədini keçdiyini, həm də Belqorod vilayətinə 12 kilometr dərinliyə qədər irəlilədiklərini bildiriblər. Sonrakı günlərdə onlar dərinliyi 2-10 kilometr, eni isə təxminən 15 kilometr olan zolağı nəzarətə götürbülər.

Rusiya ərazisinə hücumun Ukraynanın Sumı vilayətindən həyata keçirildiyi qeyd edilir. Məlumata görə, Ukrayna bölmələri sərhəddən 10-12 kilometr aralıda yerləşən Demidovka kəndinə daxil olub. Rusiya hərbi mənbələri bildirirlər ki, ukraynalı diversantlar kəndin mərkəzində döyüşür və onlara kamikadze pilotsuz uçan aparatlarla havadan dəstək verilir. Sumı vilayəti ərazisindən Ukrayna ordusu HİMARS reaktiv reaktiv sistemləri və artilleriya qurğularından istifadə edərək hücumları genişləndirir.

Share on Facebook