Çeçenistanın başçısı Ramzan Kadırov qızı Ayşət Kadırovanın ölkənin Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi qərarını dəstəkləyib.
Bunu R.Kadırov teleqramda açıqlayıb. Belə ki, hökumətin iclasında Baş nazir Müslüm Xuçiyev 1998-ci il təvəllüdlü Ayşət Kadırovanın Çeçenistan hökuməti sədrinin sosial məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsini təklif edib. Qərar iclas iştirakçıları tərəfindən dəstəklənib.
Xatırladaq ki, daha öncə Ayşət Kadırova 22 yaşında respublikanın mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu.