Mənim birinci dilim rus dilidir - Ayaz Salayev

Yeni tariximizdə rus dilinin yeri şübhəsizdir.

Sozcu.az-ın məlumatına görə, bunu kinorejissor və kinoşünas Ayaz Salayev "kulis.az" saytına müsahibəsində deyib.

O qeyd edib ki, öz dilindən əlavə başqa bir dili Ana dili səviyyəsində bilən adam daha çox inkişaf eləyir:

"Bu, türk dilinə aid deyil. Çünki bizim dil türk dili ilə çox oxşardır. İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət eləyərsiniz? Azərbaycan dili müəlliminin ikinci dil bilməməyini qəbul etmək olar? Yox, heç vaxt! Məni təhqir eləyənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlətmək istəyənlərdir.

Mənim birinci dilim rus dilidir. Elə olmasaydı, Moskvaya gedib yaxşı oxuya bilməzdim. Mən onlarla bir səviyyədə idim, hətta bəzi məsələlərdə onları keçmişdim. Mən aldığım təhsili özümdə saxlamadım, mədəniyyətimiz yolunda xərclədim. Onlar heç öz dillərini düz-əməlli bilmirlər".

Share on Facebook