“Putin dəli olub, çoxlu adam öldürür...” - Tramp

"Tramp ilk dəfə olaraq Putin haqqında sərt danışıb. O, əvvəlcə hava limanında jurnalistlərə açıqlamasında, daha sonra isə sosial mediada Rusiyanın Ukraynaya son raket hücumuna münasibət bildirərkən Putini heç bir səbəb olmadan Ukrayna şəhərlərini atəşə tutaraq dinc sakinləri öldürməkdə ittiham edib. Putinin tamamilə ağlını itirdiyini söyləyən ABŞ prezidenti onun əməllərindən narazı olduğunu deyib".

Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

O qeyd edib ki, Tramp Rusiyanın Ukraynanın ayrı-ayrı hissələrinə deyil, bütün Ukraynaya sahib olmaq istədiyini də vurğulayaraq bunu həyata keçirməyə çalışacağı halda Rusiyanın çökəcəyi haqda xəbərdarlıq edib:

"Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmağı düşünüb-düşünmədiyi barədə suala təsdiqedici cavab verən Tramp Zelenskini öz açıqlamaları ilə vəziyyəti mürəkkəbləşdirməkdə qınamağı da unutmayıb.

Trampın Rusiyaya qarşı mövqeyini sərtləşdirməsində Konqresdəki əhval-ruhiyyənin ciddi rolu var. Respublikaçılar Rusiyanın son hücumlarına sərt reaksiya veriblər və Putinin Trampın sülh təşəbbüslərini rədd etməsindən qəzəbləniblər. Respublikaçıların Senatdakı lideri Con Tun Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyin vaxtının çatdığını deyib. Layihəyə rekord sayda - 82 senatorun imza atması onun asanlıqla qəbul olunaraq prezident tərəfindən imzalanacağını göstərir. Bununla bərabər, icra hakimiyyəti səviyyəsidə, prezidentin sərəncamları ilə sanksiyaların tətbiqi ehtmalı da var."

Share on Facebook