Adamı yandıran bilirsən nədir?

Adamı yandıran bilirsən nədir?

Dəyər verib qoynunda bəslədiyin,

Kədərdən,zərbələrdən qoruyub gizlədiyin,

Yanında olmayanda darıxıb özlədiyin,

Biri səni atanda.

Adamı yandıran bilirsən nədir?

Müqəddəs sevgiylə sevdiyin biri,

Könlünə həmdəmin saydığın biri,

Onunçün canına qıydığın biri,

Danaraq əhdini dönük çıxanda.

Ya da dayaq bilib arxalandığın,

Dar günündə yetişəcək sandığın,

Sevincinə sevinib, kədərinə yandığın,

Dostun səni satanda.

Adamı yandıran bilirsən nədir?

Dalda qeybət edib üzə gülənlər,

Yasına da sevinərək gələnlər,

Yaltaqlıqla zirvəyə yüksələnlər,

Səndə nöqsan tutanda.

Ömrü boyu işlə,ver yeyim deyən,

Yaltaqlıqla hamıya boyun əyən,

Başqasının süfrə artığın yeyən,

Biri sənə atmacalar atanda.

Adamı yandıran bilirsən nədir?

Bütün günü avara gəzən veyillər,

Bir insanın gərəyi də deyillər,

Bu da adam içinə çıxdı deyirlər,

Zəhmətinlə bir yerlərə çatanda.

Aşıq pərdələrdə sazın gəzdirir,

Rəqqasə önündə sinə əsdirir,

Biri bir milyona ayı kəsdirir,

Qardaş,kasıb borc içində batanda.

Adamı yandıran bilirsən nədir?

Daim fəxr eləyən İslam diniylə,

Torpaq düşməndədir deyən diliylə,

Qohum olub xaricdə erməniylə,

Saf qanını it qanına qatanda.

Görən sonu yoxmu bu cür zillətin?!

Cavabın bilmirəm,çətindir,çətin,

Sabahı narahat edir millətin,

Rahatlıq da vermir gecə yatanda.

Deyirlər ki, unut, nəyinə gərəkdir?

Bu millətə yalnız Allah köməydir,

Gəlib bu gününü kaş ki, görəydi,

Fəxr edərdi sənlə mərhum atan da.

Fəxr edərdi sənlə mərhum atan da.

Elçin Rəhimzadə, jurnalist

Share on Facebook