Başkənd uğrunda savaş( 1992-ci il avqust) - Dilqəm Əliyev yazır( 5-ci hissə)

Mutudərə döyüşü həqiqətən Gədəbəy uğrunda gedən döyüşlərin ən ağırı oldu. Birdən sul verilər ki,Dilqəm yazırsan ki,dayanmadan atəş açırdıq yazırsan. Bəs bu qədər mərmini, gülləni haradan alırdın? Cavabı çox sadədir : Gədəbəydə fövqaladə səlahiyyətli Səxavəddin Nəsibli adlı Gədəbəyli ziyalı şəxs var idi. Yəqin ki, Gədəbəylilər onu yaxşı tanıyarlar. Həmin Səxavəddin müəllim 4(Dörd) maşın sursatı vaxtında bizə çatdırdı. Əgər o sursatlar vaxtında olmasaydı,Gədəbəy də bəlkə qaçqın həyatı yaşayardı. Biz 07.08.1992-ci il tarixdə tərpənən nə varsa hamısını vurduq. Varlığa nə darlıq. PDM-lərin topları od kimi qızmışdı. İsgəndər və Sahib də dayanmadan çayın sahilindəki evlərdə gizlənən erməniləri QRAD atəşi ilə məhv edirdilər.Belə ki, ermənilər mülki evlərə doluşub bizə atəş açırdılar. Yuxarıda qeyd etdiyim kimi həm Krasnoselskidən gələn erməni və ruslar,həm də Başkənddən çıxan ermənilər Mutudərədə öz hərbçilərinə qoşularaq bizə qarşı döyüşürdülər. Həmin döyüşdə mənim ən çox çəkindiyim texnika PDM-2 idi. Belə ki,mən Ukraynada xidmət edəndə məhz PDM-2 rotasında xidmət etdiyimdən onun nəyə qadir oduğuna mükəmməl bələd idim. Bacarıqlı əllərdə PDM-2 sürətli,dəqiq,uzaq məsafəyə atışlarına görə tək başına çox işin öhdəsindən layiqincə gəlir. Bir sözlə PDM-1-in PDM-2-yə qarşı şansı həddən artıq azdır. Ona görə də Əfqanıstan müharibəsində Sovet qoşunları PDM-1-ləri PDM-2 ilə əvəzlədilər. Burada da eyni şey idi... Burada ermənilər PDM-2-dən atış edəndə açıq mövqeyə çıxır,10--15 saniyə gözləyir və sonra atırdılar.Bu onların böyük səhvi idi. Mən Ali Hərbi məktəbdə oxuyanda Atəş hazırlığı müəllimimiz Mayor Nikel bizə sual verən kimi fikirləşməyə vaxt vermədən bizdən cavabı dərhal tələb edirdi. Bizlərin narazılığına cavabı çox sadə idi: Yodaş Kursantlar, mən sizə istədiyiniz qədər vaxt verə bilərəm və siz bütün suallara cavab verə bilərsiniz. Amma döyüşdə DÜŞMƏN sizə bu VAXTI VERƏCƏKMİ? İndi ona nə qədər minnətdar idim,bunu tək ALLAH bilir. Odur ki,açıq mövqeyə çıxıb PDM-2 nin çıxışını gözlədim. Burada hər şeyi mənim onu birinci atəşlə vurub vurmayacağım həll edirdi. Yox əgər vura bilməsəm bu hər şeyin sonu oilacaqdı. O,görünər-görünməz mən atəş açdım. Mərmi qüllə və korpusun birləşdiyi yerdən dəydi. PDM-2-nin qülləsi sıradan çıxdı. O,artıq döyüşə tam yararsız hala düşdü və döyüş müydanınıl tərk etdərək getdi... Arada imkan tapıb 37 mm-lik topu da sıradan çıxarda bildim... Gecə saat 22.30 radələrində bizim sursatımız tükəndi. Bu zaman qaranlıq yerdən mənə qarşı alov çıxdığını gördüm və mən də dərhal həmin yerə atəş açdım. Qumbaraatan mərmisi PDM-in altında partladı.Mənim atdığım mərmi isə ermənilərin gizləndiyi yerə dəydi. 4--5 nəfər məşələ dönmüş adamın necə qamasını bir neçə saniyə müşahidə etdim. Onlar bir az qaçaraq yerə yıxıldılar(yandılar).Axmaqlar yanacaq çəninin arxasında gizləniblərmiş. Düşmən yavaş--yavaş irəliləməyə başladı. Mən artıq ancaq insan komuna atəş açırdım. Qrad da atəşi dayandırdı. Digər PDM-də olan Paşa gecə cihazından istifadə edə bilmədiyindən vəziyyət lap pisləşdi. Bu zaman əsgərlərdən biri: 

 -- Komandir ora bax,nə gəlir? Dedi.

 Mən həmin yerə baxdım. Atəşin səngidiyini görən ermənilər irəlidə PDM-lər lə kəndin içinə doğru gəlirdilər. Mən məcburən GERİ ÇƏKİLİN əmrini vermək istəyirdim.Lakin bu zaman bir neçə əsgərin qucaqlarında PDM mərmiləri gətirdiklərini gördüm. Dayanmadan Qəlıpəli və ya Kumulyativ mərmi demədən,hansını verdilərsə onu da ermənilərə atdım. Düşmən yaxında olduğundan mərmilər hamısı hədəfə dəydi. Biz öz yerimizdə qaldıq. Həmin mərmiləri 861 saylı alayın sursat anbarı rəisi gizir Balayev Mübariz bizə çatdırdı. Yerimizdə qalmağımıza baxmayaraq vəziyyət son dərəcə gərgin idi. Bu zaman gecənin qaranlığını Qasımağalı tərəfdən gələn Tank səsi bürüdü. Bu nədir? Mühasirədir,yoxsa nə??? Hər ehtimala qarşı PDM-in topunu səs gələn yerə çevirdim... Gələnlər QAZAX TANKçıları idilər. Onların komandiri baş leytenant Salmanov Eldar öz tankçıları ilə vaxtında köməyimizə çatdılar. Tank səsini düşmən də duydu. Gecə səhərə qədər nisbi sakitlik yaşandı. Onu da qeyd edirəm ki, axşam saatlarında mən sol tərəfə baxanda düşmən texnikasının yerini mənə deyən qadının əlində avtomat düşmənə tərəf güllə atdığını gördüm. Belə XALQI HEÇ KİM MƏĞLUB EDƏ BİLMƏZ. Gecə vaxtı isə PDM-in gecə görmə cihazı ilə ermənilərin ay işığında öz meyitlərini maşınlarla yığıb apardıqlarını müşahidə etdim. Onlar bir neçə reys etdilər. Onlar meyitləri üst-üstə yığırdılar... Səhər tezdən saat 08 - 09 radələrində mən PDM-in motoruna yağ tökənə qədər İsgəndər və Paşa QRAD və PDM-lə kəndin içinə doğru hərəkət etdilər. Bu səhv hərəkət idi. Onları hər an vura bilərdilər. Odur ki, işimi yarımçıq qoyub tez onların arxası ilə getdim və zamanında çatdım. Düşmən PDM-i topunu aşağı salıb atışa hazırlaşırdı. Hərəkətdə ikən ona atəş açdım. Mərmi onun üstündən keçdi və PDM geri çəkildi. Geriyə baxdım və Gədəbəyin Kom.Batı Malbaxovun əlində TT markalı tapança ilə piyadaların önündə gəldiyini gördüm, Şəmkirdən olan Dəli Kür Praporşiklər rotası da onunla idi. Əsil real kino sənhəsi idi. Artıq tək deyilik,qələbə ovcumuzdadır... 

  ARDI VAR...

Dilqəm Əliyev 

Share on Facebook