Ölüm sahibi sənsən

Məndə itib gecə, gündüz,

Səbəbkarı özünsən.

Yuxu gəlmir gözlərimə,

 Bunun sahibi sənsən.

******************

 Sən canımda ağrı, acı,

Dilimdə ah-naləsən.

Gözlərimi parıldadan

 Suyun sahibi sənsən.

*******************

Havam, suyum sən deyildin?

 İndi ağır nəfəssən.

Su içirəm, acı dadır,

Dadın sahibi sənsən.

******************

Mən varam, mən yaşamıram, 

Mən ağlar, sən gülürsən.

Həyat eşqim çoxdan ölüb,

Ölüm sahibi sənsən.

******************

Səni Tanrım qədər sevdim,

Cəzası nə, bilirsən?

Cəhənnəmə yol gedirəm,

Yolun sahibi sənsən.

*********************

Gah sevgimsən, gah nifrətim,

Gah mələk, gah iblissən.

Bu şeirim sənin üçün, 

Təbin sahibi sənsən

******************** 

 Müəllif: Şahin İsmayıl

Share on Facebook