"Quru sərhədlər monopolistlərin daha da varlanması naminə bağlıdır" - Arif Hacılı

Arif Hacılı: "Quru sərhədlərin bağlı saxlanmasının nə pandemiya, nə də təhlükəsizliklə heç bir əlaqəsi yoxdur". 

"Quru sərhədləri aviaşirkətlərin, xarici ticarətlə məşğul olan vəzifəli oliqarxların  monipolist maraqları, onların daha da varlanması naminə bağlı saxlanılır. 

Çünki quru sərhədləri hakim zümrə üçün həmişə açıqdır. Hər gün bu sərhədlərdən yüzlərlə, bəlkə də minlərlə maşın keçir. 

Azərbaycanda olan bütün qapılar kimi, quru sərhədlərin qapıları da yalnız zillət işində yaşamağa məhkum edilən xalqın üzünə bağlıdır".

Share on Facebook