Yoxsul vətəndaşları taleyin ümidinə qalan, yavan çörəyə möhtac olan məmləkət...

Yoxsul vətəndaşları taleyin ümidinə qalan, yavan çörəyə möhtac olan məmləkət...

Milyonlar səltənətinin vətəndaşları nə üçün işsiz və ac-yalavac qalmalıdır öz yurdunda?

Birbaşa mətləbə keçim. Gün kimi aydındır ki, Azərbaycanda neçə illərdir işsizlik tüğyan edir. Şəxsən mən, dövlətin aidiyyatı qurumlarında işsiz vətəndaş kimi rəsmi olaraq qediyyatdan keçmişəm. İşsizlik statusum var. Amma dövlət tərəfindən mənə işsizlik müavinəti verilmir. Niyə axı?

Nə üçün belə olmalıdır ki? Qərbdə, Avropa ölkələrində işsiz vətəndaşlara dövlət tərəfindən müəyyən olunmuş sosial müavinət verilir. Yəni işsiz vətəndaşlar bu maliyyə hesabına sosial baxımdan həyatını  idarə etsin və yaşaya bilsin.

Söz düşmükən, bir ciddi nüansı da demək istyirəm. Ali təhslliyəm. Bir neçə sahə üzrə təhsilim var. Amma neçə illərdi ki, işsizəm, işləmirəm. Çünki ölkədə iş yerləri yoxdur işləmək üçün. Bu yerdə sual olunur ki, işləməyən vətəndaşlar necə yaşamalıdır sosial-iqtisadi baxımdan? 

İşsiz olduğu üçün pulsuz qalan vətəndaşlar ac-yalavac qalıb həyatı ilə vidalaşa bilər axı. Sizcə, yavan çörəyə möhtac olan ac insan uzun müddət necə yaşaya bilər sosial baxımdan? Məmurlar çox yaxşı bilir ki, bu, qəti şəkildə mümkün deyil.

Cənab məmurlar, ölkə əhalisini yüksək rifah halında yaşatmaq lazımdır. Çünki bizlər milyonlar səltənəti, neft-qaz ölkəsi olan Azərbaycanın vətəndaşlarıyıq. Bukimi amilləri niyə nəzərə almırsınız ki? 

Azərbaycanda həm bakalavr, həm də migistratura təhsili olan minlərlə gənclər iş tapa bilmədikləri üçün işsizdir. Çox böyük ürək yanğısıyla qeyd edim ki, bu gənclərin çoxusu məcburiyyət qarşısında ana dediyi öz doğma Vətənini tərk edib uzaq Avropa ölkələrinə üz tuturlar. 

Yəni gənclər buna məcbur olur.

Cənablar, sizcə, zəngin ölkəsi olan XALQı belə yaşatmaq lazımdırmı? Yaxşı bilirsiniz ki, bu ölkənin saysız-hesabsız təbii sərvətləri var. Bu sərvətlərdən ölkə büdcəsinə daxil olan yüsək məbləğdə maliyyə vəsaiti hara xərclənir, kimlərin cibini doldurur bəs?

Ümumiyyətlə, ölkədə zavodlar, fabriklər açılmır, istehsalat sahələri yaradılmır, iri sənye müəssisələri tikilmir. Axı nə üçün, hansı səbəblərə görə yeni iş yerləri açmırsınız ki, işsiz vətəndaşlar da işlə təmin olunsun. Nədən belə laqeyd yanaşırsınız ölkə vətəndaşlarının həyatına? 

Bəzi xəbər saytlarının yazdığını oxuyanda xəbərdar oluruq ki, qeyri-rəsmi məlumata görə Azərbaycanda 650 minə yaxın əmək qabiliyyətli işsiz olan vətəndaşlar var. 

Bu isə ürəkaçan xəbər deyil amma.

Hökumət üzvləri, eləcə də məmurlar, sizlər idarəçiliyi necə edirsiniz? Cənablar, necə düşünürsünüz, idarəçilik belə olurmu?

Mənim kimi ali təhsilli minlərlə vətəndaşlar işsizdir. Hökumət isə 1 qara qəpik də olsa işsizlik müavinəti ödəmir ölkənin işsiz qalan vətəndaşlarına. Bu, nə dərəcədə düzgündür sizcə, vəzifəli şəxslər, məmurlar.

Cənab Baş nazir və hökumət üzvləri, eləcə də Azərbaycan dövlətinin bu məsələlərlə bağlı aidiyyatı qurumlarının rəhbərləri....

İşlə təmin etmədiyiniz, ölkədə iş yerlərinin olmamasına görə iş tapa bilməyən minlərlə vətəndaşların həyatından, işsiz olanların ac-yalavac qalmasından, ürək yandıran sosial vəziyyətindən niyə xəbəriniz yoxdur? Nə üçün belə olmalıdır?

Hökumət olaraq bu ciddi məsələlərdən xəbəriniz olmalıdır axı... Niyə xəbərsizsiniz əhalinin çox hissəsinin ağrılı-acılı, əzablı gün-güzaranından? Xəbəriniz olsaydı yəqin ki, XALQın əksər hissəsinin sosial durumu bu qədər acınacaqlı gündə olmazdı.

Amma bukimi məsələlərə cavabdeh olsaz da təəssüflər ki, sizlər vətəndaşların ağır, çətin və dözülməz sosial durumundan xəbərsizsiniz. Çox-çox təəsüf olsun belə xoşagəlməz hallara. 

Şair jurnalist kimi məni şox təəccübəndirir ki, hökumət üzvlərinin, həmçinin yüksək vəzifəli şəxslərin məmurların işinin adı nədir görəsən? Sizlər nə işlə məşğulsunuz bəs? 

Hökumət olaraq ölkə vətəndaşlarının sosial-iqtisadi baxımdan necə yaşamasına və hər bir vətəndaşın öz ayaqları üstündə dura bilməsinə, firavan həyat yaşamasına  cavabdehsiniz. Cavabdehliyinizi bu formada yerinə yetirirsinizmi cənablar?

P. S. Həzrəti Süleymana qalmayan dünyadı.

P. S. Sərvət, pul-para bu dünyada qalacaq...

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Share on Facebook