Şəmkirdə Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurov anılıb

Bu gün Şəmkirin Kür qəsəbəsində adına olan məktəbdə Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun şəhadətinin 32-ci ilə bağlı anım tədbiri keçirilib. Anım tədbirində milli qəhrəmanın döyüş yoldaşlarından Dilqəm Əliyev, Azər Cəfərov, Ülvi Xəlilov, Şəmkir rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Qazilərlə iş şöbəsinin müdiri Sərdar Namazov, Kür qəsəbəsi İcra nümayəndəsi və Bələdiyyəsinin sədri, Kür qəsəbəsi mədəniyyət evinin rəhbəri Rəfiqə Mürsəlova, fotoqraf-jurnalist Kərəm Nəbiyev, araşdırmaçı-yazar Ceyhun Nəbi, məktəbin müəllim, şagird heyyəti və digər ictimayət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Könül Əsgərova açıb və sonra digər natiqlər milli qəhrəmanın döyüş yolundan, mirasından və bizə verdiyi dərslərdən söhbət açıblar. 

Sözcü.az

Share on Facebook