Adam deyir, sahibzamanam, zühur etmişəm. İnanmırlar.
Düzdür, inananlar olub. Onları da çağırıblar, inancından döndəriblər, məhkəmə qurublar.
İsa Məsih də zühur edəndə inanan olmamışdı. Amma sonra inandılar. Foma dedi ki inanmıram, bədənindəki çarmıx yaralarını göstər baxım. İsa bədənindəki mıx izlərini, kəsik izlərini göstərdi. Sonra Foma inandı.
İsa burada dedi: Mutlu o kəslərdir ki, görmədən inanırlar.
Sonra insanlar isə hər zühur olayına inanmağa başladılar.
Fransada bir ziyarətgah var. Dünyada ən çox ziyarət olunan katolik ziyarətgahıdır. Vatikandan sonra. Bir mağaradır. 19-cu əsrdə 14 yaşlı bir qızcığaz meşədə odun yığarkən bir mağara yaxınlığında Məryəmin zühur etdiyini gördüyünü iddia edir. Qızcığaz bundan öncə bir müddət məhəllə kilsəsində moizələr, o sıradan Qız Məryəmin zühur edəcəyi barədə keşişin söhbətini dinləyirmiş.
Qızcığaz iddia edir ki, gördüyü Bakirə Məryəmdir.
Qızcığazın bu bəyanatından sonra dindarlar bu mağaraya axışmağa başlayır. Amma heç kim görmədi Qız Məryəmi.
Sonradan qızcığaz Məryəmi yenidən gördüyünü, hətta Məryəmin ona yaxınladığını da deyir. Səs-soraq genişlənir. Bütün Fransadan axışırlar.
Prokurorlar adamları aldatdığı üçün qızcığaza iş başlayırlar, ittihamlar irəli sürürlər. Amma dindarlar imkan vermir.
Mağara ziyarətgaha çevrilir.
Kilsə qətiyyətlə qızcığazı müdafiə edir. Kilsə Fransa inqilabında tamamilə itirdiyi nüfuzunun bu hadisədən bərpa olunacağı perspektivi görürdü. Hətta o zamankı kralın eşi bu mağaranı ziyarətə gəldi.
Beləliklə, bu mağara bütün katoliklərin ziyarətgahına çevrildi. Vatikan da zühur olayını tanıdı.
Qızcığaz uzun yaşamadı. Ölümündən sonra kilsənin müqəddəsləri sırasına salındı.
Mağaranın yerləşdiyi kənd indi balaca şəhərdir. Evdən çox hotellər var.
Milyonlarla zəvvar gəlir ilboyu bu şəhərə. Fransanın ən çox ziyarət olunan nöqtələrindən biridir. Bir kiçicik qızcığaz öz ötkəm fantaziyası ilə bütün bölgənin çörək ağacı, dindarların ümidi, kilsənin güc mənbəyinə çevrildi.
İndi gələk bizim imam Mehdiyə.
Bəlkə adam doğrudan da qeyb olmuş imamdır. Haradan bilirsiniz?
Bəlkə gəlib sınasın dindarları. Gəlib görsün nə ilə nəfəs alırlar.
Bax! Bir yanda , o biri yanda Doğu. Adamlar uşağın xəyal enerjisinin məhsulu olan hekayədən böyük bir ziyarətgah düzəldiblər.
Bizdə də işıq gələn yeri tıxayırlar.
Zarafat eləmirəm
Rəşid Hacılı