Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb.
Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.
K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.