Rusiya parçalansa, postsovet dövlətlərin taleyi... - Putindən ŞOK AÇIQLAMA

“Əgər biz bu yolla getsək (Rusiyanın süqutu və parçalanması), hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının və hər şeydən əvvəl, əlbəttə ki, rus xalqının taleyi kəskin şəkildə, sadəcə olaraq, köklü şəkildə dəyişə bilər”.

Publika.az xəbər verir ki, bunu Rusiya pezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Onun fikrincə, Qərb dövlətləri Rusiyanı və digər postsovet dövlətlərini “kassifikasiya etmək” niyyətindədirlər. "Rusiya sivil xalqların qondarma ailəsinə qəbul edilə bilər, ancaq ayrı-ayrılıqda, hər bir hissəsi ayrıca. Qərb Rusiyanın süqutunu və onun keçmiş hissələri üzərində nəzarəti bərqərar etməyi hədəfləyir. Belə bir ssenaridə rus xalqı indiki formada qorunub saxlanmaya bilər və onun yerinə muskovitlər, urallar və başqaları peyda olacaq”, - Putin qeyd edib.

O, əmindir ki, bu, yalnız “bu hissələrin ətrafında sıxışdırıb öz nəzarəti altına almaq” üçün ediləcək.

“Rusiya xalqı birləşəndə ​​bizim tayı-bərabərimiz yoxdur. Bu, bizim bütün nailiyyətlərimizin və bütün qələbələrimizin əsas şərtidir”, - Putin vurğulayıb.

Share on Facebook