Ağdamda 35 yaşlı kişi faciəvi şəkildə öldü

Ağdamda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Sozcu.az xəbər verir ki, hadisə Birinci Dördyol qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan Kəlbəcər rayonunun Zülfüqarlı kənd sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Nizami oğlu Bayramov evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Share on Facebook