Sabirabadda güclü yanğın: 5 nəfər xəsarət aldı

09:10

Sabirabadda 3 otaqlı ev yanıb.

Bu barədə Sozcu.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib.

Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share on Facebook