Nəsimi rayon ərazisində küçə ticarəti ilə məşğul olmaq üçün yeddi nəfər qazi ilə birgə, Bakı Şəhər Ticarət və Xidmət Departamentinə müraciət etmişdik. Təssüf ki, bizim müraciətimiz öz həllini tapmadı.
Bunu sozcu.az saytına Qarabağ qazisi Ayaz Qasımov bildirib.
Ayaz Qasımov bildirib ki, 44-günlük Qarabağ - Vətən müharibəsinin iştirakçıları və qaziləri olaraq, icra hakimiyyətinə və küçə ticarət departamentinə edilən müraciətə müsbət cavab verilmədikdə, Nəsimi rayon Baş Polis İdarəsinin rəisinin qəbulunda olublar və Baş Polis İdarəsində qazilərin müraciətinə müsbət cavab verilib.
Buna baxmayaraq, bir aydan sonra qaziərin ticarətlə məşğul olmaları üçün ayrılan ərazilər polis əməkdaşları tərəfindən yığışdırılb.
" Əqidə ilə döyüşən, statusuna və özünə hörmət edən qazilərə bu ölkədə çörək yoxdur və qazilərə çörək qazanmaları üçün heçbir şərait yaradılmır", - deyən Ayaz Qasımov qeyd edib ki, elə qazi yoldaşları var ki, pulsuzluqdan evinə çörək apara bilmədiyi üçün ailəsinin-uşağının üzünə çıxa bilmir.
"Bu ölkədə hər şey oliqarx məmurlar, nazirlər, rəislər, yaltaqlar, üzə duranlar üçün ola bilər, onlar qazana, dəbdəbəli, komfortlu həyat tərzi sürə bilərlər ama şəhid ailələri, qazilər, müharibə iştirakçıları ailələrinə bir tikə çörək apara bilməzlər?" - deyən Ayaz Qasımov, bu sistemlə qazilərin lazımı diqqət və qayğı görəcəyinə inanmadığını qeyd edib.