Arif Hacılı: “Avropa Ukraynanın xilası üçün Türkiyəyə diqqəti artırmalıdır”

Tramp və Zelenskinin Ağ Evdə qalmaqallı görüşü dünya düzəninin təhükəli istiqamətə yönəldiyini bir daha nümayiş etdirdi.

Bu hadisəni həm də Avropa dövlətləri üçün təhlükəsizlik məsələlərində okeanın o tayından ən azı yaxın iki ildə yetərli dəstəyin verilməyəcəyi barədə əlavə mesaj kimi də qəbul etmək olar.

Bu mesajdan düzgün nəticə çıxarılsa ilk növbədə Ukrayna müharibəsi olmaqla Avroasiya məkanına aid problemlərin həll olunması üçün daxili güclərin konsolidasiyası sürətlənməlidir.

Böyük Britaniya və Avtopa İttifaqı arasında münasibətlərin son durumu təqdirəlayiq olsa da bu güc Rusiyanı durdurmaq, şər üçlüyünə (Rusiya-İran-Çin) qarşı duruş gətirmək üçün yetərli deyil.

Avropa ölkələri nəhayət Osmanlı İmperiyasına qarşı incikliklərini unudaraq diqqəti Türkiyə Cümhuriyyəyinə yönəltməlidir.

Mühüm kommunikasiyalara nəzarət imkanları olan Türkiyə, həm də NATO nun ikinci güclü ordusuna malikdir.

Türkiyə Avroasiya məkanının taleyinin həll olunduğu Ukrayna ilə müttəfiq olmaqla yanaşı, Pusiya ilə də danışmaq imkanlarını saxlayan dövlətdir.

Türkiyənin əhəmiyyəti yalnız bununla bitmir.

Böyük Britaniya-Avropa İttifaqı-Türkiyə birliyi baş tutarsa bu həm də Türkiyə vasiyəsi ilə Azərbaycan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrinin də bu birlikdə iştirakı, Yaxın Şərqdə mövqeyinin həlledici olaraq artması, nəhayət Belorus istisna olmaqla bütün postsovet məkanı ölkələrinin bu birlik ətrafında toparlanması deməkdir.

Bütün bu amillər yeni dünya düzəninin formalaşmasında, Avroasiya məkanının təhlükəsizlik sistemində Türkiyənin iştirakının nə qədər mühüm və əhəmiyyətli olduğunu təsdiq edir.

Əslində Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının başlandığı gün Prezident Zelenskinin Ankara səfəri də təsadüfi deyildi.

Hadisələrin episentrində olan Ukrayna prezidenti çıxış yolunun harada olduğunu yəqin ki, daha aydın dərk edir.

Prezident Zelenski müharibənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi şərti ilə dayandırılmasına çalışır.

Ümid edək ki, o öz müttəfiqlərini bu prosesdə və danışıqlar masası arxasında Türkiyənin də yer almasının nə qədər vacib olduğuna inandıra biləcək. 

P. S. Bu arada Türkiyənin əksər televiziya kanallarında Zelenskinin, Ukraynanın əleyhinə peşəkarlıqdan uzaq, bayağı təbliğat yanlış və ədalətsiz olmaqla yanaşı, həm də Türkiyənin milli maraqlarına ziddir.

Yazı Arif Hacılının feysbuk səhifəsindən götürülüb

Share on Facebook