AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla İranın xarici işlər naziri Abbas Arakçı arasında telefon danışığı baş tutub.
Sozcu.az xəbər verir ki, bu barədə Kallas özünün X hesabında məlumat yayıb.
Kallas Tehrandan Rusiyaya hərbi yardımı dayandırmağı tələb edib:
“İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırdım, həbsdə olan AB vətəndaşları və İranda insan haqlarının pozulması ilə bağlı narahatlığımı bildirdim”.
O qeyd edib ki, AB ilə İran arasında münasibətlər bu sahələrdə irəliləyişdən asılıdır.