Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir.
Sozcu.az xəbər verir ki, artıq Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, o cümlədən BMT sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar.
Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.