Ukrayna və Amerika nümayəndə heyətləri gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklər.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib.
Dövlət başçısı qeyd edib ki, o martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək, Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşəcək.