Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.

Sozcu.az xəbər verir ki, mayın 30-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Göyçay, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Share on Facebook