“Ermənistanın rəsmi dairələri artıq 68 min nəfərin Qarabağdan Ermənistana gəldiyini bəyan edib.
Bu rəqəmin şişirdilmiş olması ilə bağlı ciddi şübhələr var. Çünki, Qarabağda olan erməni əhalisinin sayının elan edildiyindən xeyli az olduğu məlumdur”.
Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb.
“Azərbaycanın rəsmi dairələri ölkəni tərk edən erməni əhalisinin sayı barədə mütəmadi məlumat verməklə, Ermənistanın köçkün sayı ilə bağlı manipulyasiyasına imkan verməməlidir” – deyə, Arif Hacılı əlavə edib.