ABŞ-ın keçmiş prezidenti Co Baydendə prostat xərçəngi dördüncü mərhələdədir və artıq sümüklərinə metastaz verib.
Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin keçmiş həkimi Ronni Cekson məlumat verib.
O, Baydenin 12-18 ay ərzində ölə biləcəyini söyləyib.
“Bu mənim ixtisasım deyil, amma danışdığım bir çox uroloq deyib ki, Baydenin 12-18 ay ömrü qalıb. Ümid edirəm ki, o, daha uzun yaşayar. Amma görünür ki, xəstəlik çox inkişaf edib”, - həkim bildirib.