Hazırda qar yağan RAYONLAR

Milli Hidrometeorologiya Xidmətinin fevralın 28-i saat 18:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır.

Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Share on Facebook