Mutudərə kəndinin işğala məruz qalmasından 32 il ötür

1992-ci il 6 avqust tarixində ermənilər Gədəbəyin strateji əhəmiyyətə malik Mutudərə kəndini ələ keçirmək üçün hücuma keçdilər. İşğalçılar bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İşğal nəticəsində kənddə evlər yandırılmış, vandalizmə məruz qalmışdı. 1992-ci ilin həmin günlərində Mutudərənin işğaldan azad olunması istiqamətində hücum başlamışdı, 8 avqust tarixində 861 nömrəli hərbi hissənin əsgər və zabitlərinin böyük rəşadəti nəticəsində Ermənistanla Başkəndi birləşdirən yolun üstündə yerləşən Mutudərə kəndi işğalçılardan həmin gün azad edilmişdir. Bu kəndin azad edilməsi Başkəndin azad edilməsinin başlanğıcı idi və çox böyük əhəmiyyət kəsb edirdi. 

Sözcü.az

Share on Facebook