Səudiyyədən spirtli içki qadağası ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanı 2026-cı ilə qədər ölkənin 600 turizm bölgəsində spirtli içki qadağasını yumşaldacağı ilə bağlı xəbərləri təkzib edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Səudiyyə Ərəbistanı rəsmisi 73 ildir qüvvədə olan spirtli içki qadağasının yumşaldılmayacağını açıqlayıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan krallığın spirtli içkilərin nəzarətli satışına icazə verəcəyi irəli sürülmüşdü.

Share on Facebook