Hazırda ABŞ tərəfindən Ukraynaya kəşfiyyat məlumatlarının verilməsində heç bir dəyişiklik baş verməyib. Bu, fərqli əməkdaşlıq xəttidir.
Sozcu.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” hərbi-siyasi dairələrdəki mənbələrə istinadla məlumat yayıb.
“Kəşfiyyat məlumatlarının ötürülməsinə və ya mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti burada hələlik heç bir dəyişiklik hiss etməyib, hər şey əvvəlki kimidir”, - məlumatda qeyd olunub.