Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir. Bununla bağlı MHB İdarə Heyətinin üzvü Xəzər Teyyublu öz sosial şəbəkə profilində paylaşım edib. Paylaşımda qeyd olunur ki,
Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, Qarabağ əlili Əhməd Rəhmanovu işlədiyi Azəriqaz İstehsalat Birliyində fəhləlikdən, işindən çıxartdılar.
Fikir verin, Azəriqaz rəhbərliyi işçilərin hüquqlarını qorumalı olan Həmkarlar İttifaqının fədakar bir üzvünə, sosial haqqlar ugrunda mübarizə aparan bir insana qarşı kobud addıma yol verir.
Müstəqil Həmkarlar Birliyi olaraq Əhməd Rəhmanova qarşı bu kobudluğu aradan qaldırmaq üçün Azəriqazı öz işçisinin sosial qayğısına qalmağa, işinə qaytarmağa və Həmkarlar Konfederasiyasını zəhmətkeşlərin müdafiəsinə çağırırıq !
Sözcü.az