İranın İsfahan əyalətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 11:23-də qeydə alınıb.
Yerin 10 kilometr dərinliyində baş verən zəlzələdə tələfat olub-olmaması ilə bağlı hələ ki açıqlama verilməyib.