Zakir Fərəcov ölkəni tərk edib? — Ramiz Mehdiyevlə bağlı yeni iddialar

Sozcu.az saytına daxil olan məlumata görə, Ramiz Mehdiyevə qarşı aparılan istintaq hərəkətləri və onun ev dustaqlığı altına alınmasından sonra, onun ən yaxın adamlarından biri hesab edilən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəni tərk edib.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Zakir Fərəcov hazırda Çin Xalq Respublikasında müalicə olunur. Bildirilir ki, o, Ramiz Mehdiyevə böyük torpaq sahələri və yüksək dəyərə malik bir sıra mülklər bağışlayıb.
Digər mənbə isə Fərəcovun ölkədən gedişinin siyasi qərar deyil, müalicə məqsədli olduğunu təsdiqləyib. Bununla yanaşı, həmin mənbə Zakir Fərəcovun Ramiz Mehdiyevlə son dövrlərə qədər yaxın münasibət saxladığını bildirib.
P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.
Qeyd olunan iddialarla bağlı araşdırmamız davam edir. Yeni məlumatları sizə çatdıracağıq — bizi izləməyə davam edin!

Share on Facebook