Müharibə dövrünün ən böyük əsir mübadiləsi... - Budanov

Gələn həftə Ukrayna ilə Rusiya arasında müharibə dövründəki ən böyük hərbi əsir mübadiləsi baş tuta bilər. Hər iki tərəfdən 1000 nəfərin dəyişdirilməsi planlaşdırılır.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

“Ümid edirəm ki, bu, gələn həftə baş verəcək. Siyahılara gəlincə, bu cür mübadilələrdə necə mümkündürsə, elə də olacaq – kimi ala biliriksə, alacağıq, eyni şəkildə də verəcəyik”, - Budanov qeyd edib.

Share on Facebook