Gəncə şəhərində böyük maarifçi, ilk əlifba kitabının müəllifi, Gəncə üsyanı şəhidi, millət müəllimi Mirzə Abbas Abbaszadənin büstü hansı səbəblərdən işıqlandırılmır ?

XX əsrin əvvəllərində Gəncə şəhərində ziya əhlindən elə adam olmasın ki, Mirzə Abbası tanımasın. Təmənnasız millət müəllimi Gəncənin təhsil sahəsində ağır yükünü daşıyan azsayılı simalardan biri idi. Bu səbəbdəndir ki, Gəncə Türk Müəllimləri İttifaqının təklifi ilə 1919-cu il may ayının 23-də Gəncənin yay klubunda Mirzə Abbas Abbaszadənin pedaqoji fəaliyyətinin 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir. 

Belə bir ikinci müəllim yoxdur ki, həmin zamanda ona bu səviyyədə yubiley tədbiri keçirilsin və onun xidmətlərinə bu çəkidə ehtiram göstərilsin. Gəncə ziyalıları Mirzə Abbası evindən çıxararaq Gəncənin Yay Kulubunadək çiyinləri üzərində gətirmişdilər.

Yubiley tədbirini Bakıdan baş nazir Nəsib bəy Yusifbəyli və Parlamentin sədrinin səlahiyyətlərini icra edən Həsən bəy Ağayev xüsusi teleqrafla təbrik etmişdir.

Mirzə Abbas belə adam idi. Onun həqiqi dəyərini bilənlər, xidmətlərinə ehtiram göstərənlər zamanında vicdanlarından doğan addımı layiqincə atıblar.

Bəs bu gün nə edirlər ? 

Gəncə şəhərinin mərkəzində, Gəncə Şəhər İcra Hakimiyyəti ilə üz-üzə, Gəncə Dövlət Univeristeti ilə yan-yana Mirzə Abbas Abbaszadənin işıqlı simasını canlandıran büstü qaranlığa qərq edilib.

Desəm ki, bu vəziyyətdən kimsə narahat olub, özümü yanıltmış olaram !!!

Gəncə şəhərinin başı özlərinə qarışmış rəhbərliyi, Gəncə Dövlət Univeristetinin gözü pərdələnmiş rəhbərliyi hər gün oradan dəfələrlə gedib-gəlirlər amma nədənsə bu utancverici hal onları heç narahat etməyib.

Əlavə olaraq bilməyiniz lazımdır ki, Mirzə Abbas nə dönər satan olub, nədə ki, sizlər kimi pul düşkünü !!!

Görünür ki, siz Mirzə Abbası lazımı qədər tanımırsınız, onun kim olması, xidmətləri haqqında məlumatınız yoxdur !!!

Məlumatınız olsa idi, dəyərləndirmək qabiliyyətiniz və bacarığınız olsa idi bu gün Mirzə Abbas Abbazadənin büstünün ətrafı güc-çiçəklərlə əhatələnərdi, gecə işıqlanması ilə təmin edilərdi, dönərxanaya çevrilməzdi. 

İnsanlar Mirzə Abbas Abbaszadənin büstünün ətrafından keçərkən onun işıqlı simasını görə bilmirlər, oda bizə baxarkən bizləri qaranlıqda görür. Sizlərin yaratdığı mənəvi qaranlıqda susqun, alçalmış və səsləri boğulmuş halda !!!

Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

22e7ce6f7954b3405eadcf53e36d60d0.jpgdce5eff04b05a79850a80bbc3babf97d.jpg3abcc66283233768adcd4573bde96c9e.jpgf4dd23c3a4433580634da93e2a1a00f2.jpg

Share on Facebook