Bu ölkə Ukraynaya 10 min mərmi göndərir

Estoniya Ukraynaya 10 000 artilleriya mərmisi və hərbçilər üçün 750 000 ərzaq paketi göndərir.

Sozcu.az xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kristen Mixal məlumat verib.

“Ukraynanın mövqeyini gücləndirmək və Rusiyaya təzyiqi artırmaq üçün Estoniya ukraynalı döyüşçülərə 10 min artilleriya mərmisi və 750 min ərzaq paketi göndərir”, - nazir bildirib.

Share on Facebook